“Biz bəzi dövlət qurumlarına müraciət edərkən formal olaraq cavablar alırıq”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva bildirib.
Deputat bəzi hallarda şikayətlərin həllini tapmadığını söyləyib:
“Biz vətəndaşların problemləri ilə bağlı müəyyən qurumlara müraciət edəndə, istədiyimiz cavabları ala bilmirik. Belə olan halda müraciət etdiyimiz şikayətlər həllini tapmır”.