Bakıda qadın ərini BALTALADI

0

Bakıda qadın ərini baltalayıb.

İctimairey.az xəbər verir ki, yanvarın 21-də saat 08 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 1995-ci il təvəllüdlü Lalə İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb.

Baş nahiyəsindən ağır xəsarət alan kişi xəstəxanaya çatdırılıb. Ərinə ağır xəsarət yetirən L.İmaşova saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »