Təyyarə qəzasında ölənlərin sayı 72-ə çatıb

0

Nepalda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Modern.az xəbər verir ki, paytaxt Katmandudan Poxaraya uçan  Yeti Hava Yollarına məxsus “ATR 72” tipli sərnişin təyyarəsinin qəzaya uğradığı Seti çayı vadisi yaxınlığında aparılan axtarış tədbirləri zamanı daha 2 ABŞ vətəndaşının cəsədi tapılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, aralarında ABŞ vətəndaşları da daxil olmaqla 72 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı “dərin kədərini” ifadə edib. Həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Nepal Baş naziri Puşpa Kamal Dahal qəzanı araşdırmaq üçün 5 nəfərdən ibarət komitə yaradılmasına qərar verib. Qəzaya görə, ölkədə birgünlük milli matəm elan edilib.

 

Qeyd edək ki, qəza yanvarın 15-i baş verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »