“Putinin sağ olduğuna əmin deyiləm”

0

Prezident Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin sağ olduğuna əmin deyil.

Ukrayna prezidenti bu gün Davosda keçirilən səhər toplantısında deyib ki, o, kiminlə, nə haqda danışacağını tam başa düşmür.

“… Mən əmin deyiləm ki, hərdən televiziyalarda görünən şəxs Rusiya prezidentidir… Mən bunu tam başa düşə bilmirəm ki, o, sağdır və qərar verir, ya da kim qərar verirsə, bu hansı dairədir”, – Zelenski bildirib.

Ukrayna rəhbəri belə bir məlumata malik olmadığını vurğulayıb.

“… Mən başa düşə bilmirəm ki, necə ola bilər ki, sən Avropa liderlərinə bir şey vəd edəsən, ertəsi gün isə bir dövlətə qarşı genişmiqyaslı işğal hücumuna başlayasan? Mən sadəcə, kiminlə məşğul olduğumuzu başa düşə bilmirəm…” , – deyə prezident vurğulayıb.

Qeyd edək ki, yanvarın 16-da Davosda 2023-cü il Dünya İqtisadi Forumu açılıb, toplantı ayın 20-dək davam edəcək. Tədbirdə Rusiya nümayəndə heyəti yoxdur.

 16 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »