İrandan hücum edildi, Pakistanın 4 əsgəri öldü

0

İranla Pakistan sərhədində, Bəlucistan əyalətinin Pəncqur bölgəsində həyata keçirilən terror əməliyyatı nəticəsində Pakistan ordusunun 4 hərbçisi həyatını itirib.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı Pakistan Ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumatda hücumçuların İran ərazisindən istifadə edərək terror əməliyyatına əl atdıqları bildirilib.

Pakistan Prezidenti Arif Ələvi və Baş nazir Şahbaz Şərif terror əməliyyatını pisləyib, İran hökumətindən sərhəddə təhlükəsizliyin təmini üçün ciddi tədbirlər görməsini tələb ediblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »