Bakıda fəhlə faciəvi şəkildə öldü

0

Yanvarın 18-də 1968-ci il təvəllüdlü Arazxan Xankişiyevin xəstəxanada ölməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub. 

İctimairey.az xəbər verir ki, bununla bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırma zamanı A.Xankişiyevin Yasamal rayonu ərazisində inşa olunan “Dream Tower” yaşayış kompleksində fəhlə kimi işləyərkən liftin şaxtasına yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

 11 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »