Bələdiyyələr birləşdirilməlidir – Deputatdan TƏKLİF

0

Hazırda ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil.

Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov bildirib.

Deputat bələdiyyə sistemində islahalatların aparılmasına ehtiyac olduğunu söyləyib.

“Bələdiyyələrin iş sistemi əvvəl necə idisə, indi də elədir. Halbuki təcrübəyə baxsaq, onların fəaliyyəti daha üstün olmalı idi. Problemin həlli yolu onların birləşməsidir. Bələdiyyələrin çox olması problemlidir. Hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir. Onlardan çoxu kəndlərdə olmasına baxmayaraq, özlərini maliyyələşdirə bilmir. Bələdiyyələrin birləşmə prosesi tez bir zamanda aparılmalıdır.

Bələdiyyələrdə iclas mədəniyyəti belə yoxdur. Bəlkə də deyə bilərik ki, bələdiyyələr iclas belə keçirə bilmir. Mən təklif edirəm ki, bələdiyyə iclaslarının video qeydləri aparılsın. Orada işləyənlər bir araya gətirilsin. Bələdiyyələrdə işləyənlər bilməlidir ki, onlar hansı qurumda işləyirlər, hara gəlirlər”, – deputat çıxışında vurğulayıb.

Deputat Siyavuş Novruzov da bələdiyyə sistemində islahaların zəruri olduğunu söyləyib: “Bələdiyyə sahəsində işlər bizim komitənin səlahiyyətindədir. Cənab Prezident də bu məsələ ilə bağlı qarşıya vəzifələr qoyub. Bu sahədə işləməliyik”.

 57 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »