Agentlik və QHT-lər Şəhidlər xiyabanını ziyarət ediblər

0

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra “Əbədi məşəl” abidəsi önündə Qeyri – hökumət təşkilatları adından dünya ictimaiyyətinə BƏYANAT səsləndirilib. Səsləndirilən bəyanatda bildirilir ki, “20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməyib.

Biz – Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq tribunalarda səsləndirilməsi və eləcə də bu hadisəyə ədalətli hüquqi qiymət verilməsi üçün bütün səylərimizi birləşdirməliyik.

Biz, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması məqsədilə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq.”

Bəyanat sosial mediada geniş yayılıb, beynəlxalq təşkilatlara göndərilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »