Putin mühakimə olunmalıdır

0

“Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli Rusiya rəsmilərinin mühakiməsi üçün beynəlxalq məhkəmə yaradılmalıdır”.

Modern.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Onun fikrincə, Ukraynada işğal olunmuş ərazilərdən minlərlə uşağın oğurlanaraq rus ailələrinə övladlığa verilməsi Rusiyanın törətdiyi ən ağır hərbi cinayətdir.

Berbok bildirib ki, Rusiyanın törətdiyi beynəlxalq cinayətə görə, cavabdehlərin mühakimə olunması vacibdir.

Qərəzsizliyi təmin etmək üçün məhkəmənin Ukraynadan kənarda olmasının vacibliyini vurğulayan Berbok prokuror və hakimlərin müxtəlif ölkələrdən seçilməsini təklif edib.

Avropa İttifaqı (Aİ) almaniyalı nazirin təklifini dəstəkləyib.

 16 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »