Hikmət Hacıyev israilli diplomatlarla görüşüb

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.

Avrasiya.net xəbər verir ki, H.Hacıyev bu barədə Tvitterdə paylaşım edib.

“Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik”, – prezident köməkçisi vurğulayıb.

H.Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.

Qeyd edək ki, görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfiri Muxtar Məmmədov da iştirak edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »