Bakıda hamam otağında qadın dəm qazından zəhərlənərək ölüb.
Report xəbər verir ki, hadisə yanvarın 16-da saat 04 radələrində paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Gülnarə Şahbaz qızı Qurbanova yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənərək keçinib.
Faktla bağlı araşdırma aparılır.