Azərbaycanda sabiq nazir öldü

0

Azərbaycan Respublikasının 1996-2001-ci illərdə iqtisadiyyat naziri olan Namiq Nəsrullayev dünyasını dəyişib.

İctimairey.az Unikal.az-a istinadən xəbər verir ki, o, həmçinin Hesablama Palatasının ilk sədri olub.

Qeyd edək ki, N.Nəsrullayev 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olub, 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib.

1968-ci ildən Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləyib.

1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb.

1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, “Kibernetika” XKB-nin direktoru olub.

1987-ci ildə Azərbaycan “Ulduz” Elm İstehsalat Birliyinin və “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilib. 1995-ci ildə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsini daşıyıb.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında vəzifədən azad edilib.

 

 12 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »