“Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsinə start verilib

0

“XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsinə start verib.

4 aylıq layihənin məqsədi seçilən 5 ali təhsil müəssisəsində müxtəlif ixtisaslara yiyələnməklə fərqli maraq dairəsinə sahib olan 20 tələbənin müvafiq sahədə xidmətləri olan ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı ünsiyyətini təşkil etməklə onların ictimai fəallığının yüksəldilməsinə dəstək göstərmək, tələbələrin Milli Məclisinin müxtəlif komissiyalarında təmsil olunan üzvləri ilə canlı görüşlərini nəzərdə tutan “Millət vəkili ilə dialoq”, internet televiziyasında tanınmış ictimai xadimlərlə görüşü nəzərdə tutulan “Nəsillərin dialoqu” verilişinin hazırlamaq, eyni zamanda dövlətin həyata keçirdiyi gənclər və təhsil siyasəti ilə bağlı düşüncə, fikir və təkliflərindən ibarət yazılarını mediada ictimailəşdirmək nəzərdə tutulur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »