KTMT-nin 3 təlimi Belarusda keçiriləcək

0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dörd hərbi təlimindən üçü Belarus ərazisində keçiriləcək.

 Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Pavel Muraveyko STV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sentyabrda Belarusda KTMT hərbi qüvvələrinin qarşılıqlı fəaliyyətinə dair təlimlər, həmçinin kəşfiyyat və arxa cəbhə təlimləri baş tutacaq.

“Bütün bunlar sentyabr ayında ölkəmizin ərazisində baş verəcək”, – deyə Muraveiko qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə KTMT-yə Belarus sədrlik edəcək.

 42 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »