İranda 9 nazirin impiçmenti parlamentə çıxarıldı

0

İran Nazirlər Kabinetinin 9 üzvünün impiçment məsələsi parlamentin Rəyasət Heyətinin müzakirəsinə verilib.

Bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad deyib.

Onun sözlərinə görə, nazirlərin impiçmenti ilə bağlı tələbi 10 millət vəkili imzalayıb:

“Bu, son vaxtlar ölkədə hakim olan iqtisadi problemlər və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Hökumətin iqtisadi komandası daha koordinasiyalı şəkildə hərəkət etməlidir ki, insanlar bazarda gündəlik qiymət dəyişikliklərinin ağırlığını az hiss etsinlər”.

 59 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »