Koreya Respublikasının (Cənubi Koreya) prezidenti Yun Suk Yeol ölkəsinin nüvə silahı əldə etməsi barədə açıqlama verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu barədə xarici işlər və müdafiə orqanlarının əməkdaşları ilə keçirdiyi toplantıda danışıb.
“Şimali Koreyanın nüvə təhdidləri artacağı təqdirdə biz də nüvə silahı əldə edə bilərik. Belə vəziyyət çox uzun çəkə bilməz”, – deyə Y.S.Yeol bildirib.
Bu, Koreya yarımadasında gərginliyin artmasından bəri Cənubi Koreyanın ilk nüvə təhdidi olub.
Qeyd edək ki, 2022-ci il ərzində Şimali Koreya tərəfindən regionda 37 dəfə raket sınaqları həyata keçirilib.