Litva Ukraynaya növbəti hərbi yardım paketini hazırlayıb.
Bu barədə Litva Prezidenti Gitanas Nauseda Lvovda brifinq zamanı çıxışında deyib.
“Sizə mübarizədə yardım edəcək havadan müdafiə sistemləri və zenit qurğuları verəcəyik”, – deyə dövlət başçısı yerli jurnalistlərə açıqlamasında bildirib.