Ermənistanın Baş naziri Nikol Paşinyan özünü məktəbli və xuliqan kimi aparır. Onun siyasi imicini İlham Əliyevin imici ilə müqayisədə müsbət xarakterizə etmək olmaz. Buna bir nümunə iki liderin verdikləri müsahibələri göstərmək olar.
Bu fikirləri rusiyalı politoloq Vitali Arkov bildirib.
“Əliyev Ermənistana son xəbərdarlıq etdi. Hesab edirəm ki, Bakı və Moskva bu mövqeləri razılaşdırıblar. İrəvan Rusiya ilə münasibətlərdə artıq bütün sərhədləri keçdi və bu yalnız Bakıya sərf edir. Paşinyan nə deyir-desin, Qarabağ məsələsi artıq bağlanıb. Və onun qarışıq tezisləri yalnız bütün qüvvələri bir anda sevindirmək istəyinin sübutudur. İstərdim ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə yadda qalmasın, sona qədər siyasi-diplomatik metodlara əməl edilsin. Lakin Ermənistan tərəfindən təxribatlar mümkündür və bu böyük savaşa yol aça bilər”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, erməni xalqının belə bir liderə sahib olması həqiqətən təəssüf doğurur.