Türkiyədən Rusiya və Ukraynaya yeni TƏKLİF

0

Türkiyə Rusiya və Ukrayna tərəflərinə yeni təklif təqdim edib.

Türkiyə mətbuatı xəbər verir ki, təklifdə iki ölkə arasında humanitar dəhlizin yaradılmasından söhbət gedir.

Bu təklifi Türkiyənin ombudsmanı Şeref Malkoç açıqlayıb.

Belə ki, Türkiyə Rusiya və Ukrayna arasında humanitar məqsədlər üçün istifadə olunacaq dəhlizin yaradılmasını və bunun üçün vasitəçilik etməyə hazır olduğunu çatdırıb.

Qeyd edək ki, Türkiyə bundan əvvəl də tərəflər arasında vasitəçilik təklifləri irəli sürüb. Rusiya-Ukrayna danışıqları, əsir mübadiləsi prosesi Türkiyədə keçirilib. Bundan başqa, taxıl sazişinin imzalanması gerçəkləşdirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »