Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır

0

Müasir müstəqil, qalib Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin son 19 ildə hər bir sahənin inkişafına yönələn addımları Azərbaycanın təkmil inkişaf modelinin beynəlxalq miqyasda dəstəklənməsində özünün aydın ifadəsini tapır.Ölkəmizin iqtisadi inkişafı hər bir sahədə, o cümlədən idman sahəsində mühüm addımların atılmasıa geniş imkanlar yaradır. Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Ümummilli Lider bildirmişdir: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.” 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman sürətlə inkişaf edir.

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu fikri böyük inamla qeyd etdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar: “Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”

Bu statistik rəqəm də açıqlandı ki, idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar. Onlardan 300-ə yaxını qızıl medaldır. “Doğrudan da böyük nailiyyətdir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Ölkəmizdə idmanın inkişafının prioritetliyi atılan davamlı addımlarda özünü təsdiqləyir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir. Günümüzün qürurverici hadisələrindən biri budur ki, artıq işğaldan azad edilmiş torpaqlarımız beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir. Dövlət başçısı İlham Əliyev sözügedən mərasimdə ötən il bu torpaqlarda keçirilən beynəlxalq yarışlardan qürurla bəhs edərək bu hədəfi də xüsusi qeyd etdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq.

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »