ABŞ prezidenti Co Bayden əvvəllər çalışdığı beyin mərkəzində tapılan məxfi sənədlərdən danışıb.
İctimairey.az xarici mətbuata istinadən xəbər verir ki, o, sənədlərdən xəbərsiz olduğunu bildirib.
“Bu məlumatı öyrənəndə təəccübləndim. Həmin sənədlərin məzmunundan xəbərsiz idim. Bunu bilmirdim”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Baydenlə əlaqəli beyin mərkəzində onun vitse-prezident olduğu dönəmdə istifadə etdiyi xidməti kabinetdən gizli dövlət sənədləri aşkarlanmışdı. Respublikaçılar 2017-2019-cu illərdə Baydenin oturduğu otaqdan tapılan məxfi materialları onun oğurladığını iddia edirdilər.