İran rəsmisinin qardaşı xarici ölkədən sığınacaq aldı

0

İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qardaşı Meysəm Çəbəli xarici ölkədən sığınacaq alıb.

Axar.az xəbər verir ki, o ölkəni tərk etməsinin səbəbi kimi qardaşı oğlunun SEPAH-ın 2020-ci il yanvarın 8-də Tehran səmasında vurulan Ukrayna təyyarəsində öldürülməsini göstərib.

“Qardaşım oğlu Məhəmməd Əmin Cəbəli SEPAH-ın vurduğu təyyarədə öldürüldü. Qardaşım Peyman Cəbəli hakimiyyətin tərəfini saxladı və onun qanının batmasına səbəb oldu”, – o deyib.

M.Cəbəlinin hansı ölkədən sığınacaq aldığı barədə açıqlama verilməyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »