Gürcüstan Müdafiə Nazirliyi deyilənləri təkzib edib

0

Ukraynanın “Buk” hava hücumundan müdafiə sistemlərini Gürcüstana təmənnasız təhvil verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayır.

Məlumatda qeyd olunub ki, “Buk” sistemi Müdafiə Nazirliyinə 2007-ci ildə çox milyon dollarlıq alışla reallaşıb:

“Biz qondarma ekspertlər və ayrı-ayrı KİV-lər tərəfindən yayılan yanlış məlumatlara cavab vermək istərdik ki, guya Ukrayna “Buk” hava hücumundan müdafiə sistemlərini Gürcüstana pulsuz verib, bu doğru deyil.

Müdafiə Nazirliyi “Buk” sistemini 2007-ci ildə sözügedən milyonlarla dollarlıq alışla alıb. Bu, gizli razılaşma əsasında həyata keçirilib, ona görə də biz daha ətraflı məlumat vermək imkanından məhrumuq. İctimaiyyətə izah edirik ki, 2017-ci ildə ABŞ-dan “Javelin” tank əleyhinə sistemlərin alınması üçün də Müdafiə Nazirliyi tərəfindən on milyonlarla dollar ödənilib.

Gürcüstan mövcud imkanlardan çıxış edərək Ukraynaya humanitar və siyasi dəstəyini qətiyyətlə davam etdirir. Göndərilən tonlarla humanitar yüklər və nəhayət, baş nazirin təşəbbüsü ilə Ukraynaya alınaraq təhvil verilən generatorlar da buna əyani sübutdur. Ukraynaya silah və ya iki təyinatlı texnikanın təhvil verilməsinə gəlincə, Gürcüstan hökuməti bu məsələ ilə bağlı dəfələrlə aydın mövqe bildirib”.

 21 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »