Estoniya yanvarın sonuna qədər Rusiyanın sanksiya tətbiq olunan aktivlərinin müsadirəsi və Ukraynaya verilməsi üçün hüquqi baza təklif etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Dekabrın sonunda Estoniya hökuməti nazirliklərə Rusiya aktivlərinin müsadirə edilməsi planını hazırlamağı tapşırıb. Yanvarın sonuna qədər müvafiq hüquqi plan ortaya çıxmalıdır”, – məlumatda deyilib.