Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.
Bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, müraciət edənlərdən 5-nin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya qəbul edilib, digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.