Salyanda ağır qəza: ölən var

0

Salyanda baş verən yol qəzasında ölən və yaralanan var.

Report xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı bir nəfər hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan daha bir nəfər isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »