Belarus Rusiya ilə birgə hərbi təlimlər keçirəcək.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Belarus və Rusiya silahlı qüvvələrinin aviasiya bölmələri ilə 2023-cü il yanvarın 16-dan fevralın 1-dək taktiki uçuş təlimləri keçiriləcək. Yanvarın 8-də Rusiya Silahlı Qüvvələrinin Hərbi Kosmik Qüvvələrinin aviasiya komponenti artıq Belarus ərazisinə gəlib. Təlimlərə Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodrom və poliqonları cəlb olunacaq”,-məlumatda deyilir.