Kərəcdə həbsxana qarşısına toplaşanlara atəş açıldı

0

İranda Məhəmməd Bruğəni və Məhəmməd Qubadlının edam ediləcəkləri ilə bağlı məlumatlar yayıldıqdan sonra yüzlərlə insan səhər saatlarında Kərəc şəhərinin həbsxanası qarşısına toplaşıb.

Axar.az xəbər verir ki, etirazçılar hər iki şəxs barədə ölüm hökmünün ləğv edilməsini tələb ediblər.

Həbsxana mühafizəçiləri həbsxana qarşısına toplaşan insanlara atəş açıb.

Qeyd edək ki, etiraz aksiyalarında iştirakına görə saxlanılan bu şəxslər yanvarın 8-i axşam saatlarında edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »