Azərbaycan, Türkiyə və İran parlamentinin spikerləri arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.
O, Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Türkiyəyə səfər edəcəyini deyib. Üçtərəfli görüşün Antalya şəhərində keçiriləcəyi qeyd olunur.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib.