Rusiya atəşkəslə məqsədlərini gizlətməyə çalışır!

0

Rusiya Ukraynada döyüş zonasında səssizliyi bəhanə edərək yeni təcavüzkar addımları gizlətməyə çalışır.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin atəşkəs qərarına münasibətində deyib.

“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını səssizcə gizlədə bilməyəcək”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramı ilə əlaqədar yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

 49 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »