Əli İnsanov 40 kilo qızılını geri alır?

0

Əli İnsanovla bağlı son günlərdə yayılan məlumatlar cəfəngiyyat və dezinformasiyadır. O, 2005-ci ildə müsadirə olunan əmlakını geri almaq üçün apelyasiya şikayəti verməyəcək.

Bu barədə Axar.az-a Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyasından məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə partiya məsələ ilə bağlı ətraflı açıqlama yayacaq.

Qeyd edək ki, Yenisabah.az saytı 2005-ci ildə siyasətçidən müsadirə olunmuş təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villanın geri qaytarılması üçün Əli İnsanovun apelyasiya şikayəti verəcəyi barədə məlumat yaymışdı.

 78 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »