Volodin Almaniyanı hədələdi

0

Almaniya hökuməti Rusiya aktivlərini Ukraynaya ötürmək üçün müsadirə etsə, o zaman Rusiya da Almaniya ilə eyni cür davranacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Belə bir qərar qəbul edilən kimi bizim də Almaniya və digər dövlətlərin aktivləri ilə bağlı oxşar tədbirlər görmək hüququmuz yaranacaq”, – Volodin bildirib.

Qeyd edək ki, AB müttəfiqlərinin razı olacağı təqdirdə Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynaya ötürülməsinə Almaniya hökumətinin razı olacağı haqda məlumat yayılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »