Şərqi Azərbaycanda dərman qıtlığı davam edir

0

Şərqi Azərbaycan əyalətində aylar öncə başlayan dərman çatışmazlığı, özəlliklə antibiotik və serum qıtlığı davam edir.

Axar.az xəbər verir ki, Təbriz Tibb Universitetinin qida və dərman məsələləri üzrə rektor müavini Müslim Nəcəfi problemin olduğunu təsdiq edib.

O, dərman qıtlığının aradan qaldırılmasına çalışdıqlarını deyib.

Qeyd edək ki, Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda İranda 300 adda dərman ümumiyyətlə yoxa çıxıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »