Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb

0

Yaponiyada son sutkada 415 nəfər koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

APA Reuters agentliyinə istinadla xəbər verir ki, məlumatı Yaponiyanın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bu statistika sutkalıq göstəriciyə görə yüksəkdir.

Məlumatda bildirilib ki, çərşənbə günü 216 219 yeni yoluxma halı təsdiqlənib ki, bu, ötən həftə ilə müqayisədə 4% çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yaponiya həftə ərzində COVID-19 virusuna yoluxmaya görə birinci, ən çox ölüm hallarına görə isə ABŞ-dan sonra ikinci yerdə olub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »