Türkiyənin müxalifət lideri Ərdoğanı TƏRİFLƏDİ

0

Türkiyənin müxalif partiyalarından olan İYİ Partiyanın sədri Meral Akşener prezident Rəcəb Tayyib Ərdoğanı tərifləyib.

Siyasətçi bu barədə tviter səhifəsində yazıb.

O, Ərdoğanın EYT (türkcədə “emeklilikte yaşa takılanlar” – təqaüdə çıxmaq üçün yaş məhdudiyyəti ilə üzləşənlər) probleminin həlli ilə bağlı qərarını təqdir edib və müsbət qiymətləndirib.

“Bizə bax belə gəl, cənab Ərdoğan. Siyasi rəqabəti dedi-qodu ilə yox, xidmətlə apar ki, qazanan millətimiz olsun. Edilən dəyişiklik EYT-li qardaşlarıma xeyirli olsun. Sırada minimal pensiya məbləğini minimum əməkhaqqı səviyyəsinə qaldırmaq var. Baxaq görək, bizdən əvvəl elə, görək”, – deyə Akşenerin paylaşımında bildirilib.

Qeyd edək ki, Ərdoğan sözügedən problemlə bağlı dünən qərar imzalamışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »