Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq.
Bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrell Tvitterdə yazıb.
O bildirib ki, Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu infrastrukturu və tibb müəssisələrini heç bir fərq qoymadan məhv edir, mülki insanları qəsdən hədəfə alır və öldürür:
“Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”.
Qeyd edək ki, Rusiya bu gün Ukrayna ərazilərinə kütləvi raket hücumu həyata keçirib. Nəticədə Kiyev şəhərində azı 3 mülki şəxs yaralanıb.