Qarabağdakı separatçılar ən böyük terror dəstəkçisini İTİRİR

0

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni olaraq faydalı qazıntılar hasil edən “Base Metals” şirkətinin rəhbərliyi mədənlərin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.

Hətta şirkət fəaliyyətlə bağlı ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir.

İndi şirkətin fəaliyyəti qeyri-müəyyən olaraq qalır. Beləliklə, qondarma “Artsax hökuməti” ən böyük vergi ödəyicilərindən birini itirmək qorxusu altındadır.

Modern.az şirkətin Qarabağda qanunsuz fəaliyyəti, ermənilərlə iş birliyi haqqında məlumatları toplayıb.

“Base Metals” İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Vallex Group”un törəmə şirkətidir. “Vallex Group” şirkətinin rəhbəri Valeri Mejlumyan, investoru isə İsveçrə vətəndaşı Vartan Sirmakesdır. Hər iki şəxs Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

“Base Metals” şirkəti Qarabağda 2010-cu ildən fəaliyyət göstərir. Şirkət 2009-2017-ci illərdə “Qızılbulaq”  yatağının amansız istismarı nəticəsində 178 milyon dollar qazanıb. İlkin hesablamalara görə, onun illik gəliri 8 milyon ABŞ dollarıdır. Belə ki, bu şirkət tərəfindən Qızılbulaq yatağından hər ay 12 min ton filiz çıxarılıb və emal zavodunda ilkin emaldan sonra təkrar emal üçün Ermənistana aparılaraq dünya bazarına çıxarılıb.

Amma hazırda şirkətin fəaliyyəti ilə bağlı suallar yaranıb. Belə ki, mədənə lazım olan nasos stansiyası hazırda Azərbaycanın nəzarətində olan ərazidədir. Mədən isə onsuz işləyə bilməz.

Ermənistanın rəsmi nümayəndələri bildirir ki, bunun üçün yeni nasos stansiyası tələb oluna bilər, bu da vaxt aparan və bahalı bir işdir.

Ermənilərin digər qorxusu isə maliyyə ilə bağlıdır. Belə ki, “Base Metals” Qarabağ separatçıları – qondarma “Artsax” rejimi üçün ən böyük vergi ödəyicisidir. Şirkət 2019-cu ildə “Artsax”ın büdcəsinə 18,7 milyard dram vergi ödəyib. Müqayisə üçün qeyd edək ki, həmin il “Artsax”da ikinci ən böyük vergi ödəyicisi 3,2 milyard dramla “ArtsaxBank” olub.

Mədəninin bağlanması və onun yenidən fəaliyyət göstərməsinin qeyri-müəyyənliyi separatçı “Artsax” rejiminin milli büdcəsinin milyardlarla dram itirməyi deməkdir.
Bundan başqa, mədən kompleksinə 2020-ci ildə 250 milyon ABŞ dolları sərmayə qoyulub. Hazırda mədənin işçi sayı isə 1450 nəfərdir.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq azərbaycanlı eko-fəallar və QHT təmsilçiləri Xankəndi – Laçın yolunda 18-ci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »