Prokurorluq xadimənin dəhşətli ölümü ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq xadimənin ətçəkən mikserə düşərək ölməsilə bağlı məlumat yyaıb.

Qurumdan verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb.

“Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir”, – rəsmi məlumatda bildirilib.

Comments are closed.

Tərcümə »