Orban sülh istəyirsə, Kremlə desin – Kiyev

0

Macarıstan baş nazirinin açıqlaması onun Ukrayna xalqına qarşı patoloji laqeydliyini göstərir. Çünki Orbanın eyham vurduğu Ukraynanın müharibədə məğlub olması, Rusiya təcavüzkarlığının Macarıstan üçün təhlükə yaratması ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözlər Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Macar baş nazir sülh istəyib-istəmədiyini özünə sual verməlidir. Əgər cavab “hə”dirsə, o zaman Rusiyanın Ukraynaya yönəlik hücumları dayandırması üçün Moskva ilə yaxın əlaqələrindən istifadə etməsi gərəkdir”, – deyə bildirilib.

Qeyd edək ki, Macarıstan Baş naziri V.Orban ABŞ-ın dəstəklədiyi müddətcə Ukraynanın döyüşə biləcəyini söyləmişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »