İran səfiri İtaliya XİN-ə çağırıldı

0

İranın İtaliyadakı səfiri Məhəmmədrza Səburi XİN-ə çağırılıb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfirə İran hökumətinin etirazçılara qarşı repressiyalarının qəbuledilməz olduğu barədə rəsmi Romanın mövqeyi çatdırılıb.

İtaliyanın XİN başçısı və baş nazirinin müavini Antonio Tayani İranda həbs edilən qadın etiraçıların zorakılığa məruz qalmasını utancverici adlandırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »