Separatçılar arasında gərginlik: Balasanyan vurulur

0

Ruben Vardanyanla qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qəzet qeyd edib ki, əvvəllər Balasanyan ruslar və azərbaycanlılarla əsas danışıq aparan şəxs idisə, indi onu arxa plana atıblar. O, hətta mitinqdə də iştirak etməyib:

“Mənbəmizin məlumatına görə, Vardanyan “ya mən, ya da Balasanyan” tələbini irəli sürüb. Vitali Balasanyanın öz postu ilə vidalaşacağı istisna olunmur. Hətta onun yerinə separatçı qüvvələrin keçmiş komandanı Levon Mnatsakanyanın gətirləcəyi ilə bağlı məlumatlar yayılır. Qondarma rejimin keçmiş rəhbəri Bako Saakyan da “hökumətin” formalaşdırılmasında aktiv iştirak edir və Ruben Vardanyanı dəstəkləyir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »