Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyəlilər artıq futbolçu və onu müşayiət edənlər üçün yaşayış yerləri sifariş edib və qış transfer pəncərəsi açılana qədər müqaviləni tamamlamaq niyyətindədirlər.
Əgər Ronaldu “Əl-Nəsr”lə müqavilə imzalamağa razı olarsa, o zaman mətbuatın yazdığına görə, o, ayda təxminən 200 milyon avro alacaq.