Rasim Məmmədov məhkəmədən bəraət istədi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Prosesdə R.Məmmədov son söz deyib. O heç bir cinayət törətmədiyini deyərək məhkəmədən bəraət istəyib.

Son sözdən sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra prosesdə hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, dövlət ittihamçısı R.Məmmədovun ümumi məbləği 70 milyon olan əmlaklarının müsadirə edilməsini və onun 15 il azadlıqdan məhrum olunmasını istəmişdi.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »