Putin Əliyevə məktub göndərdi

0

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İctimairey.az  məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Bizim etimada və yoldaşlığa əsaslanan münasibətlərimizi olduqca yüksək dəyərləndirirəm. Əminəm ki, biz gündəlikdə duran aktual ikitərəfli və regional məsələlərə dair sıx birgə işimizi davam etdirəcəyik.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »