İran Ukraynanı hədələdi – Səbrimizlə oynamayın!

0

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya silah tədarükü ilə bağlı əsassız ittihamlarla bağlı Tehranın səbrini sınamamalıdır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kənani bildirib.

Onun sözlərinə görə, İran Kiyevin Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı bəyanatlarını dəfələrlə təkzib edib.

Kənani qeyd edib ki, Tehran öz hərbi texnikasını münaqişə tərəflərinin heç birinə göndərməyib. XİN rəsmisi Ukrayna Prezidentini ABŞ-ın dəstəklədiyi ölkələrin taleyinə diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etdiyi bildirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ordusu öz istehsalı olan dronlardan istifadə edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »