Hazırda bir qrup QHT nümayəndəsi və minadan zərərçəkənlə bərabər Laçın yoluna gəlmişik. Aksiya yüksək səviyyədə davam edir.
Bu sözləri Axar.az-a açıqlamasında hazırda azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən jurnalist Rey Kərimoğlu deyib.
“Dünyada mina terroru ekoloji terrordan da pisdir. Ona görə də dekabrda “Terrora yox!” şüarına aksiyanın ikinci günündə “Mina terroruna yox!” şüarı da əlavə edildi. Burada minadan zərər çəkən həm mülki, həm də qazilər iştirak edir”, – o bildirib.
R.Kərimoğlu hazırda aksiya iştirakçılarının əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi:
“Gənclər şüarlar səsləndirirlər. Aksiyada olanların sayını dəqiq deyə bilmərəm, amma burada kifayət qədər iştirakçı var”.