Aksiyaya 100-dək yeni ekofəal və könüllü qoşuldu

0

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səhər saatlarında da davam edir.

İtimairey.az xəbər verir ki, ekofəallar artıq on 12 gündür yüksək qətiyyət nümayiş etdirərək vətənpərvərlik ruhunda və ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.

Bu gün səhər saatlarında daha 100-dək ekofəal və gənc könüllülər aksiyaya qoşulub. Əvvəlcə onlara aksiyada xoşagəlməz halların baş verməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məlumatlar verilib.

Hazırda ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »