Rusiya artıq Ukraynada 100 min nəfərdən çox hərbçi itirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan məlumatında deyilir.
“Bu gün, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada artıq 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib”, – hesabatda deyilir.
Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.
Həmçinin, ukraynalı müdafiəçilər düşmənin Forpost tipli PUA-sını və daha iki Lancet-3 tipli təyyarəsini vurub.
“Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar”, – Baş Qərargah əlavə edib.