“Naxçıvanın Bakı ilə inteqrasiyasına təkan verən bütün addımları dəstəkləyirik”

0

Prezident İlham Əliyevin Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalamasını birmənalı olaraq günün hadisəsi hesab etmək olar. Bununla da Naxçıvanın və naxçıvanlı soydaşlarımızın həyatında, taleyində bir dönəm bitdi. İndi artıq yepyeni bir dönəm başlayır.

Maraqlıdır ki, Prezidentinin səlahiyyətli nümayəndəsinin siyasi mühitlə heç bir əlaqəsi yoxdur. Adam texnokratdır. Onun kimliyinə ötəri nəzər salsaq görərik ki, F.Nəcəfli yeni nəsil işgüzar insanlar, texnokratlar zümrəsini təmsil edir. Səlahiyyətli nümayəndəyə Naxçıvanda görəcəyi işlərlə bağlı kifayət qədər geniş vəzifələr və hüquqlar verilib. Bu vəzifələr və hüquqlar Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də öz əksini tapıb.

Bütün bunlar idarəetmə sahəsində köklü sistem dəyişikliyidir. Görünən budur ki, Naxçıvanın gələcək sosial-iqtisadi inkişafı üçün idarəetmənin təkmilləşdirilməsi prosesinə start verilib. Çox güman ki, yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələ də nəzərdən keçiriləcək. Bir sözlə, Naxçıvanda bir çox istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilir.

Biz Milli Həmrəylik Partiyası olaraq Naxçıvanın Bakı ilə inteqrasiyasına təkan verən bütün addımları dəstəkləyirik. Naxçıvan artıq “terra inkoqnita” olmaqdan çıxıb, kontinental Azərbaycanın üzvi tərkib hissəsinə çevrilir. Xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »