Özünü qondarma Talış-Muğan Respublikasının “lideri” kimi təqdim edən, 1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan Ələkrəm Hümbətov ölüb.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazılıb.
Onun 2004-cü ildən yaşadığı Hollandiyada öldüyü bildirilir.
Qeyd edək ki, Ə.Hümbətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.